“ABŞ prezidenti Donald Trampın Qüdsü (Yerusəlim) İsrail paytaxtı kimi tanıya biləcəyi haqda bəyanatı regionda böyük həyacana səbəb olub. İslam dünyası bu şəhəri Qüds olaraq tanıyır və müsəlmanların müqəddəs şəhəri hesab edirlər. Bəzi ekspertlər prosesin xeyli vaxtdır başladığını iddia edirlər. Onların arqumentləri son günlərdə ərəb liderlərinin səfərlərinin intensivləşməsi ilə əlaqədardır. ABŞ prezidentinin köməkçisi Mike Pencenin bu məlumatı təsdiqləməsi və hətta yaxın günlərdə Qüdsdə səfirliyin açılmasını deməsi bəzi islam ölkələrində narazılıq yaratsa da ərəb liqası dövlətləri hələlik heç bir reaksiya verməyib”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Onun sözlərinə görə, Qüds şəhərində ilk insan məskənləri bizim eradan əvvəl 4-cü minillikdə salınmağa başlanılıb: “Bizim eradan əvvəl 11-ci əsrdə isə şəhər bütünlüklə yəhudilərə məxsus olub və onların müqəddəs şəhəri hesab olunur. Yəhudilərin vətənsizlik tarixi isə bizim erada baş verib. Yəhudilər kütləvi şəkildə öz torpaqlarını tərk etmək məcburiyyətində qalmışlar. 19-cu əsrdə isə yəhudilər yenidən Qüdsə qayıtmağa başlamışlar. 1947-ci ildə BMT-nin qərarı ilə Qüds fələstinli və yəhudilərin ortaq şəhəri təsis edilsə də bu tarixi ədalətsizliyi İsrail öz müstəqilliyini elan etməklə aradan qaldırmağa çalışdı. 1948-də Knessetin qərarı ilə Yerusəlim İsrail paytaxtı elan olundu. Bundan sonra 1980-ci illərə qədər yerusalimdə 30-dan çox dövlətlərin səfirlikləri yerləşirdi və yaxın şərqdə vəziyyətin kəskinləşməsi səbəbindən BMT İsrailə təzyiqlər edərək səfirliklərin oradan köçürülməsinə nail oldu.
Hazırda Yerusəlimdə yaşayan fələstinlilər belə İsrail vətəndaşlığını daşıyırlar. Əhalinin 70 faizini yəhudilər təşkil edir. "De fakto" Yerusəlim İsrailin paytaxtıdır. Knesset öz mühüm iclaslarını Yerusəlim şəhərində keçirir. Bu şəhərdə önəmli dövlət strukturları yerləşir. Lakin bu kövrək sülh dövründə belə provakativ qərarın verilməsini doğru saymıram. Yəni, onsuz da Yerusəlim İsrailin mənəvi paytaxtıdır. Qüdsdə ABŞ səfirliyinin açılması mümkündür. Lakin bunu sakitcə digərlərində qıcıq yaratmamaq şərti ilə etmək olardı. Əgər proseslər bu məcrada davam edərsə Yaxın Şərqdə gərginliyin artmasına səbəb ola bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB