Xaçmazın ictimai-siyasi həyatında xidmətləri olan bir qrup şəxs mükafatlandırılıb
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Xaçmaz rayonunun ictimai-siyasi həyatında xidmətləri olan bir qrup şəxs təltif edilib. SİA-nın məlumatına görə, Prezidentin sərəncamına əsasən, Mərdanov Akif Teyfur oğlu "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, Abdullayev Qabil Qafil oğlu, Haqverdiyev Bəxtiyar Məhərrəm oğlu, Həsənov Nizami Kamil oğlu, Qasımov Ələddin Yadigar oğlu, Məcidov Aslan Cümşüd oğlu, Osmanov Bəxtiyar Adil oğlu, Səfərov Səməd Abdulkərim oğlu, Yaqubov Azad Məmmədrza oğlu isə "Tərəqqi" medalı ilə təltif ediliblər.
Bundan əlavə prezidentin sərəncamı ilə Niyazov Afiq Şərəfəli oğlu "Əməkdar Həkim", Hacıyev İskəndər Sədri oğlu "Əməkdar Mühəndis", Nurməmmədova Mədinə Əlişah qızı "Əməkdar Müəllim" fəxri adlarına layiq görülüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB