Politoloq: “Nazirlərin görüşü mütəmadi xarakter daşısa da...” AÇIQLAMA

Politoloq: “Nazirlərin görüşü mütəmadi xarakter daşısa da...” AÇIQLAMA

“Ümumiyyətlə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüşlər proqramlı və mütəmadi xarakter daşıyır”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun işi ancaq belə görüşləri təşkil etməkdir: “Münaqişə ilə bağlı qərarlar dövlət başçılarına məxsusdur. XİN rəhbərləri isə daha çox koordinasiya ilə məşğuldurlar. Sarkisyan konstruktivlik nümayiş etdirmək fikrində deyil. Təəssüflər olsun ki, xristian ermənilər işğalçı ola-ola, beynəlxalq hüququ pozduqları halda demək olar ki, heç bir aparıcı ölkələr tərəfindən "ərazilərdən çıxmalısınız" kimi tələblərlə qarşılaşmırlar”.

Qeyd edək ki, bu gün Vyanada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçiriləcək. Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunacaq.

Xatırladaq ki, hər iki nazir dekabrın 7-8-də keçiriləcək ATƏT-in xarici işlər nazirləri toplantısı çərçivəsində Vyanada səfərdədir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə