“Azadlıq” qəzetinin veb-səhifəsini kim dağıdıb?

“Azadlıq” qəzetinin veb-səhifəsini kim dağıdıb?

"Azadlıq" qəzetinin veb-səhifəsi dağıdılıb. SİA-nın məlumatına görə, bu barədə xəbər qəzetin facebook-dakı səhifəsində yerləşdirilib. Məlumatda bildirilir ki, oktyabrın 12-dən 13-nə keçən gecə sayt çox güclü haker hücumu ilə dağıdılıb. Məlumatda saytı bərpa etmək üçün işin başılanıldığı qeyd olunub: "Müəyyən nəticələr əldə edilib, amma hücumun üzərimizə yönəlik avtomatik təkrarlanma rejimində qurulduğu üzə çıxdığından bəzi əlavə tədbirlərə ehtiyac yaranıb. Artıq həmin tədbirlər görülüb, sadəcə saytın yenidən işə düşməsi üçün bizdən asılı olmayan səbəblərdən ən azı 24 saat vaxt lazımdır".

 

Məlumatda qeyd olunub ki, sayt yenidən işə düşənə qədər ən vacib məqalələr Facebook-da yerləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə