Azərbaycanın xarici işlər naziri Rusiya, Ukrayna, Baltikyanı ölkələr və Avrasiya yəhudiləri ilə tərəfdaşlıq üzrə birliyin nümayəndələrini qəbul edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya, Ukrayna, Baltikyanı ölkələr və Avrasiya ölkələrində yaşayan yəhudilərlə tərəfdaşlıq üzrə Milli Birliyin (NCSJ) sədri Riçard Stounun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycanın yüksək templə inkişaf edən ölkə olduğunu söyləyən qonaq burada yüksək tolerantlıq mühitinin dərin tarixi köklərə söykəndiyini vurğulayıb.
E. Məmmədyarov isə Azərbaycanda müxtəlif dinlərə mənsub insanların mehriban şəraitdə yaşaması kimi tolerantlıq modelini ölkənin əsas sərvətlərindən biri kimi xarakterizə edərək yəhudilərin Azərbaycanda tarixən sülh içində yaşadığını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB