Milli Məclisin III çağırış Payız sessiyasının son iclası oktyabrın 22-də keçiriləcək

Milli Məclisin III çağırış Payız sessiyasının son iclası oktyabrın 22-də keçiriləcək

Milli Məclisin bu günki iclası başa çatıb. SİA-nın məlumatına görə, iki gün davam edən iclasda 7 məsələ müzakirə olunub. Belə ki, iclaslarda "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında", "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında", "Sosial sığorta haqqında", "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsina dəyişikliklər və əlavələr edilməsi, Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci il üçün xərclər smetası haqqında, Azərbaycan Respublikası Hesablama Palatasının 2011-ci il üçün xərclər smetası haqqında qanun layihələri müzakirə edilib. Büdcə paketi Hökümətə göndərilib.

Qeyd edək ki, Milli Məclisin III çağırış Payız sessiyasının son iclası oktyabrın 22-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə