MDB-nin humanitar universitetlərinin rektorlarının və humanitar fakültə dekanlarının I Forumu başa çatdı - TƏDBİR
Bu gün MDB-nin humanitar universitetlərinin rektorlarının və humanitar fakültə dekanlarının I Forumunun yekunlarına dair mətbuat konfransı keşirilib. SİA-nın xəbərinə görə, konfransda çıxış edən Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar bildirib ki, ilk dəfə keçirilən forumun ideyası cari ilin yanvarında Bakıda təşkil edilmiş humanitar əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda meydana gəlib.
O, həmin vaxt forum iştirakçılarını qəbul edən Azərbaycan prezidenti İlham Əliyevin MDB ölkələri arasında humanitar əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladığını, ziyalıların bu işə öz töhfələrini verməsinin zəruriliyini qeyd edib. Y.Pivovarın sözlərinə görə, məhz bundan sonra MDB üzvü olan ölkələrin humanitar universitetləri rektorlarının forumunun keçirilməsi ilə bağlı təşkilati işlərə başlanıldığını deyib.
Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri rəhbərlik etdiyi təşkilat adından forumun təşkilinə və birinci toplantıya ev sahibliyi etdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib: "Forum yalnız humanitar universitetlər deyil, eyni zamanda, MDB xalqları arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafına müsbət təsirini göstərəcəkForum gələcək üçün lazımdır. Forumun keçirilməsində məqsdə yalnız ali məktəblər arasında əlaqələri qurmaq deyil, həm də bu universitetlərinin tələblərini bir-birinə yaxın etmək, birləşdirməkdən ibarətdir. Ölkələrin universitetlərinin diplomlarının qarşılıqlı tanınması istiqamətində işlər başlanıb, ancaq hələ də tam olaraq öz həllini tapmayıb. 2 günlük forum çərçivəsində bu və ya digər məsələlər müzakirə olunub və qarşılıqlı fikir mübadiləsi aparılıb".
Tədbirin davamında Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Konfransın sonunda forumun yekunu haqqında iki tərəf arasında memorandum imzalanıb. Memorandumda növbəti forumların iştirakçı ali məktəblərin layihələrinin bazası çərçivəsində keçirilməsi, ali məktəblər arasında humanitar təhsil üzrə elmi ədəbiyyatların təşkili, forumun internet portalının yaradılması, forumun MDB məkanında humanitar universitetvə fakultələr üzrə əsas birlik sayılması və bu kimi digər məsələlər öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB