“Yaşıl iqtisadiyyat” konsepsiyasının mahiyyəti və komponentləri mövzusunda jurnalistlər üçün seminar keçirilib
Bu gün Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində "Yaşıl iqtisadiyyat" konsepsiyasının mahiyyəti və komponentləri mövzusunda jurnalistlər üçün seminar keçirilib. SİA-nın məlumatına görə, seminarda çıxış edən ATİB-in layihələr və tədqiqatlar şöbəsinin müdiri, iqtisadçı Kənan Aslanlı bildirib ki, bu il "Ekologiya ili" olduğundan bu mövzuya toxunmaq zərurəti hiss etsələr də, bu mövzu daim gündəmdə olmalıdır: "Bu o qədər geniş yayılmış mövzudur ki, bunu hətta qərb ölkəlirində siyasətçilər öz platformalarına daxil edirlər. Son 100 ildə planetimizin tempraturunda 0,8 dərəcə artım var. Bu rəqəm insanlarda həyəcan doğurur. Dünya alimləri nə qlobal istiləşmə, nədə ki qlobal soyuqlaşmanın olacağını gözləyirlər. Onların fikrincə bu 2 hadisə eyni anda ba. verir. Hər il atmosferə süni olaraq 26 milyard ton karbon dioksid buraxılar".
K.Aslanlı onu da qeyd edib ki, dünyada çirklənmənin 1/3 hissəsi ABŞ-ın payına düşür. "Yaşıl iqtisadiyyat" bizə davamlı iqtisadi inkişaf və təmiz ekoloji mühit üçün lazımdır. Azərbaycanda "Yaşıl iqtisadiyyat" və "Yaşıl biznes" üçün əsas maneələr qanunvericilikdəki boşluqlar və statistika problemindən, ekoloji prioritetin formalaşmamasından, institusional əlaqələndirmənin zəifliyindən ibarətdir.
"Yaşıl iqtisadiyyat"la bağlı aşağıdakı statistikalar maraq doğurur: beynəlxalq miqyasda "Yaşıl iqtisadiyyat" üzrə mal və xidmətlər bazarının dövriyyəsi (2008) 1,370 trl. dollardır. Bu dünya iqtisadiyyatının 2,4 %-nə bərabərdir. Bərpa olunan enerji mənbələrinə? investisiya is? 119 milyard dollardır (2008). Dünya miqyasında "Yaşıl biznes"də 2,3 milyon insan çalışır. Azərbaycanda ətraf mühitin mühafizəsinə dövlət büdcəsindən xərclənən 3,2 milyon manatın (2010-cu il üzrə) 2,5 milyon manat əmək haqqı xərcləridir.
Tədbirin sonunda seminarda iştirak edən jurnalistlərə sertifikatlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB