Rusiya paytaxtı Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin yeddinci iclası başlayıb.
SİA-nın verdiyi məlumata görə, toplantıda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan XİN başçıları iştirak edirlər.
İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.
Beş ölkənin XİN rəhbərləri görüşdə ən aktual regional və beynəlxalq problemlər barədə fikir mübadiləsi aparacaqlar.
İclasda Qazaxıstanda keçiriləcək V Xəzər sammitinə hazırlıq məsələsi geniş müzakirə olunacaq.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB