"Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır" MÖVQE

"Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır" MÖVQE

"Bakıda keçirilən "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda nazirlərin toplantısı ölkəmizin həm beynəlxalq imici, həm də ölkə həqiqətlərininin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ikili standartlar nümayiş etdirdiyini deyən deputat bildirib ki, bu yanaşma Ermənistanın öz işğalçılıq mövqeyini daha da gücləndirir: "Beynəlxalq birliyin Qarabağ probleminin həllində ikili standartlardan çıxış etməsi münaqişənin həllini çətinləşdirir. Belə bir şəraitdə Azərbaycan münaqişənin həllində prinsipial mövqeyini bildirməklə yanaşı müəyyən beynəlxalq platformalar vasitəsilə Ermənistanın işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırır. Bu baxımdan "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində keçirilən toplantı ölkəmiz üçün əhəmiyyətlidir".

Son illər ölkəmizin mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini dilə gətirən M. İbrahimqızı söyləyib ki, bütün bunlar dövlətimizin inkişaf göstəricisinin və xalqımızın zəngin tarixə, etnoqrafiyaya və mədəniyyətə malik olmasının təbliği şəbəkəsinin və auditoriyasının daha da genişləndirilməsi deməkdir: "Ölkəmizdə mühüm tədbirlərin keçirilməsi və region üçün vacib məsələlərin müzakirəsi Azərbaycanın dünya ölkələri arasında etibarlı tərəfdaş kimi tanınmasının bariz nümunəsidir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə