Niyaməddin Orduxanlı: “12 yaşlı məktəblinin qatilləri xurafat yayan mollalardı” MÜNASİBƏT
“Ağdaşda 12 yaşlı məktəbli uşaqın məktub yazaraq intihar etməsi və intiharın səbəbini də “ Sevimli peyğəmbərimizin yanında olacam” yazması cəmiyyətdə ciddi ehtirazla qarşılanıb. Bununla bağlı SİA-ya açıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, baş vermiş hadisə bir faicədir.
Onun sözlərinə görə, ilk olaraq 12 yaşlı yeniyetmənin qatili mollalardır: “Bəli, məhz mollalar. O mollalar ki, bu gün Azərbaycan cəmiyyətinə hələ də xurafatı yayır, dinlə heç bir əlaqəsi olmayan və ağlına və ağzına gələni yas məclislərdə, bəzən məscidlərimizdə danışır. Çox təəssüf ki, XXI əsrdə də bu cür savadsız “din adamları” ilə qarşılaşırıq. Özünə qəsd etmiş körpənin məktubunu ürək ağrısı ilə oxudum. Çox təəssüfləndim. Bilirəm ki, hər kəs bunun şokunu yaşadı. Görünür, biz cəmiyyət olaraq daha çox çalışmalıyıq. İslam dininin dəyərlərini insanlara doğru-dürüst çatdırmaq üçün daha çox çalışmalıyıq. Ədalət naminə deməliyəm ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu vəzifəyə təyin olunandan nəzərə çarpacaq səviyyədə işlər görülüb.
Keçən dəfə komitə ilə Prezident yanında QHT Şurasının cəmiyyətdə din mövzusu ilə bağlı tədbirlərinə məni də dəvət etmişdilər. Tədbirdə çıxış edərək, həm Mübariz müəllimə, həm də Azay müəllimə bildirdim ki, gənclərimizin dini cərəyanlara qoşulmaması üçün, savadsız mollaların təsirinə düşməməsi üşün Azərbaycanın aydınlarından, ziyalılarından bəhrələnmək lazımdır. Bunun üçün İTV kanalında, AzTV-də çoxlu sayda verlişlər aparılmalıdır. Bu sahədə vəziyyətimiz çox da ürəkaçan səviyyədə deyil. Bu kanallar demək olar ki, cəmiyyəti bu yönümdə maarifləndirmək istiqamətində həddindən artıq az iş görür. Bu kanallara daha çox şou xarakterli verilişlərə, kriminal xəbərlərə üstünlük verir. Kanalların artıq əksər aparıcıları müğənillər, şou adamlarıdır. Savadsız mügənillər cəmiyyətə mənəviyyat dərsi keçməklə məşğuldur. Ona görə, bir daha qeyd etmək istəyirəm ki, efir məkanından çox səmərəli istifadə etməliyik. XXI əsrdə biz cəmiyyət olaraq xurafat və mövhümat yayan mollalardan xilas ola bilməmişik. 12 yaşlı körpəmizin qatilləri isə xurafat yayan mollalardır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB