Siyasi şərhçi: “Azərbaycan yalnız öz gücünə güvənir” AÇIQLAMA

Siyasi şərhçi: “Azərbaycan yalnız öz gücünə güvənir” AÇIQLAMA

“Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi qanunsuzdur. Çünki Dağlıq Qarabağ nə qədər işğal altında olsa belə Azərbaycan torpağıdır və o torpağa səfər edən istənilən xarici vətəndaş, o cümlədən də Serj Sarkisyan Azərbaycan dövlətindən icazə almalıdır. Amma o bunu etmir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Sarkisyanın təcili Dağlıq Qarabağa səfər etməsi son baş verməkdə olan hadisələr fonunda təbii ki, diqqət çəkəndir: “Bildiyiniz kimi Dağlıq Qarabağın statusu və bütövlükdə münaqişənin həlli ilə bağlı müəyyən hərəkətlənmələr var. Eyni zamanda da Ermənistana Rusiyanın münasibətində müəyyən dəyişikliklər edilməkdədir. Yəni işğalçı ölkə hər zaman olduğu kimi özünün etibarlı tərəfdaş olmadığını bir daha göstərdiyinə görə, Rusiya çox ciddi narahatlıq keçirir. Əlbəttə ki, bu da münaqişənin həlli və bütövlükdə Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi baxımından diqqət çəkəndir. Ona görə də Sarkisyan təcili Dağlıq Qarabağa səfər edib.

Düşünürəm ki, orada Dağlıq Qarabağda qurduqları oyuncaq qurumların rəhbərləri ilə müəyyən müzakirələr aparıb. Yəni onlar artıq narahatdırlar ki, Rusiya Azərbaycana münaqişənin həlli məsələsində dəstək verə bilər və yaxud da loyal yanaşa bilər. Ən azından loyal yanaşsa belə biz artıq münaqişəni bir neçə gün içində həll edə bilərik. Təbii ki, öz gücümüzlə. Amma istənilən halda onun səfəri oldu-olmadı Azərbaycan heç kimə deyil məhz öz gücünə güvənir. Yəqin ki, Sarkisyan da bunun çox ciddi şəkildə fərqindədir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə