Kənan Aslanlı: “Hər il atmosferə süni olaraq 26 milyard ton karbon- dioksid qazı buraxılır”

Kənan Aslanlı: “Hər il atmosferə süni olaraq 26 milyard ton karbon- dioksid qazı buraxılır”
Bu gün Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində "Yaşıl İqtisadiyyat" konsepsiyasının mahiyyəti və komponentləri mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, seminarda çıxış edən ATİB-in layihələr və tədqiqatlar şöbəsinin müdiri, iqtisadçı Kənan Aslanov bildirib ki, bu il "Ekologiya ili" olduğundan bu mövzuya toxunduq. "Bu o qədər geniş yayılmış mövzudur ki, bunu hətta qərb ölkələri öz plenumlarını daxil edirlər. Son 100 ildə tempraturda 0,8 dərəcə artım var. Bu rəqəm insanlarda həyəcan doğurur. Dünya alimləri nə qlobal istiləşmə, nədə ki qlobal soyuqlaşmanın olacığını gözləyirlər. Onların fikrincə bu 2 hadisə eyni anda baş verir. Hər il atmosferə süni olaraq 26 milyard ton karbon dioksid buraxılır".

K.Aslanlı onu da qeyd edib ki, dünyada çirklənmənin 1/3 hissəsi ABŞ-ın payına düşür.

"Yaşıl İqtisadiyyat" nə üçün lazımdır?

-davamlı iqtisadiyyatın inkişafı: -təmiz ekoloji mühit
Azərbaycanda "Yaşıl İqtisadiyyat" və "Yaşıl biznes" üçün maneələr nədən ibarətdir?

-Qanunvericilikdəki boşluqlar və statistika problemi: -Ekoloji prioritetin formalaşmaması: -İnstitusional əlaqələndirmənin zəifliyi:
"Yaşıl İqtisadiyyat"ın aşağıdakı statistikaları var:

-Beynəlxalq miqyasda "Yaşıl iqtisadiyyat" üzrə mal və xidmətlər bazarının dövriyyəsi (2008) 1,370 trl. dolar. Bu dünya iqtisadiyyatının 2,4 %-nə bərabərdir. -bərpa olunan enerji mənbələrinə investisiya-119 milyard dollar (2008) -dünya miqyasında "yaşıl biznes"də 2,3 milyon insan çalışır. (UNEP,2008) -Azərbaycanda ətraf mühitin mühafizəsinə dövlət büdcəsindən xərclənən 3,2 milyon manatın (2010-cu il üzrə) müəyyən hissəsi əmək haqqlarından ayrılır.

Bütün xəbərlər Facebook səhifəmizdə