Deputat: “Konfrans Azərbaycanın regionda təhlükəsizliyə vermiş töhfədir” MÜNASİBƏT

Deputat: “Konfrans Azərbaycanın regionda təhlükəsizliyə vermiş töhfədir” MÜNASİBƏT

"Asiyanın Qəlbi – İstanbul Prosesi" çərçivəsində "Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar" mövzusunda 7-ci Nazirlər Konfransı keçirilib. Konfransda bir çox dövlətlərin rəsmiləri iştirak etməklə yüksək səviyyədə başa çatıb. Konfransda regionda təhlükəsizliyin təmin olunması və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş müzakirələr aparılıb”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, "Asiyanın Qəlbi – İstanbul Prosesi" dünya tərəfindən qəbul olunan tədbirdir və bu bir daha onu göstərir ki, Asiya regionunda qeyri–sabitliyin olması bütün dünyanı narahat edir: “Bakının bu mötəbər məclisə ev sahibliyi etməsi Azərbaycanda təmin olunmuş sabit mühitlə və yüksək nüfuzumuzla bağlıdır. Konfrans bizim üçün ölkəmizi təqdim etməyə və torpaqlarımızın işğalı ilə bağlı fikirləri söyləməyə yeni bir platformadır. Həm də bu konfransın Bakıda keçirilməsi ölkəmizin mövqeyini dəstəkləyən tərəfdaşlarımızın artmasına öz töhfəsini verəcək. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, regionda təhlükəsizliyin təmin olunmasına və çoxtərəfdaşlıq formatında iqtisadi əməkdaşlığına xidmət edən bu konfrans Azərbaycanın regionda təhlükəsizliyə vermiş töhfədir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə