Son məlumatlara görə, "Demokratiya" siyasi partiyalar blokunun irəli sürdüyü namizədlərdən 14-ü qeydə alınıb. SİA-ya açıqlamasında bu haqda Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının üzvü Samir Əsədli məlumat verib.
S.Əsədli dəqiq sayı deməsə də, bildirib ki, qeydə alınmayan qeydə alınanlardan daha çoxdur. Onun fikrincə, blokun irəli sürdüyü namizədlərin qeydə alınması müxatəlif bəhanələrlə əngəllənib. Qalan namizədlərin də işlərinə hal-hazırda baxıldığını deyən VHP funksioneri qanun pozuntuları ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına 10-dan artıq müraciətin ünvanladığını diqqətə çatdırıb.
Qeyd edək ki, "Demokratiya" siyasi partiyalar blokunda VHP ilə yanaşı Demokratik İslahatlar Partiyası da təmsil olunur. Partiya ilkin olaraq 117 seçki dairəsi üzrə 120 namizəd irəli sürüb. Seçki dairələrin 14-də partiyalar vahid namizədlə bağlı razılaşsa da, 3 dairəyə partiyalar öz namizədlərini irəli sürüb. Sonradan namizədlərdən 3-ü müxtəlif səbəblərlə əlaqədar namizədlikdən imtina edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB