Nəsib Nəsibli: “Neft Fondundan ayrılmalar neft asılılığına gətirib çıxarır”
"2011-ci ilin dövlət büdcəsində Neft Fondundan ayrılmalar rekord həddə çatıb". Bu sözləri millət vəkili Nəsib Nəsibli layihənin müzakirəsi zamanı çıxışında deyib. O bildirib ki, Neft Fondundan ayrılmalar neft asılılığına gətirib çıxarır. Onun sözlərinə görə, neftdən ifrat dərəcədə asılı olmaq olmaz, ona görə ki, bu asılılıq bir çox problemlərə gətirib çıxara bilər.
"Neft milli sərvətimizdir. Amma ona bu qədər ifrat bağlanmaq düzgün deyil. Bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da neftə ifrat arxayınçılıq yaranıb. Bu da təhlükə yaradır. Birinci təhlükə bu asılılığın ildən-ilə artması, ikinci isə neft gəlirlərindən səmərəli istifadədir. Ölkədə ən pis vəziyyət, təhsil və səhiyyədədir. Ötən illə müqayisədə gələn ilin büdcəsində təhsilə ayrılan vəsaitin 7 faiz artması onu göstərir ki, gələn il təhsildə vəziyyət 7 faiz dəyişəcək",- deyə millət vəkili qeyd edib.
Daha sonra büdcə ilə bağlı çıxış edən millət vəkili Aydın Mirzəzadə bildirib ki, 2011-ci ilin dövlət büdcəsi balanslaşdırılmış bir sənəddir. Onun sözlərinə görə, büdcə layihəsi dünyanın, eləcə də Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsidir. A. Mirzəzadə vurğulayıb ki, dünya qlobal böhran içərisində olsa da bu bəla Azərbaycana cüzi təsir edib.
"Layihənin əsas hissəsinin ölkənin müdafiə və təhlükəsizilyi məsələsinə yönəlməsi təqdirəlayiqdir. Artıq Azərbaycanda büdcə hazırlayan peşəkar komanda formalaşıb. Belə ki, gələn ilin büdcəsi Azərbaycanın maraqlarına həmçinin bugünki tələblərə uyğun olaraq hazırlanıb",- deyə o söyləyib. Layihə ilə bağlı təklif irəli sürən millət vəkili hökümətə müraciət edərək bildirib ki, təhsil, səhiyyə sahəsində çalışanların əmək haqqlarının artırılması məsələsi diqqətdə saxlanılmalıdır.
Qeyd edək ki, müzakirələr davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB