Cəzaçəkmə müəssisəsində seminar-treninq keçirilib

Cəzaçəkmə müəssisəsində seminar-treninq keçirilib

Ədliyyə Nazirliyi Penitensiar xidməti ilə Məhkəmə Ekspertizası Mərkəzi arasında 2017-ci il üçün birgə təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq cəzaçəkmə müəssisələrində məhkumların psixoloji yardım almaq hüquqlarının həyata keçirilməsində səmərəliliyin artırılması məqsədilə 10 saylı cəzaçəkmə müəssisəsində seminar-treninq keçirilib.

SİA-nın verdiyi məlumata görə, “Qarşıya çıxan situativ problemlərin aradan qaldırılmasının psixoloji əsasları” mövzusunda təşkil olunmuş seminar-treninqdə məhkumlar tərəfindən verilmiş suallar cavablandırılıb, psixi sağlamlıq sferasında qeydə alınan problemlər, həmçinin şəxsiyyətlərarası münasibətlər sistemində müşahidə edilən destruktiv hallar və onların həlli ilə bağlı maarifləndirici söhbət aparılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə