Politoloq: “Platformalar nə qədər çox olsa, o qədər yaxşıdır” AÇIQLAMA

Politoloq: “Platformalar nə qədər çox olsa, o qədər yaxşıdır” AÇIQLAMA

“Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı regionda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, “Asiyanın Qəlbi” - İstanbul Prosesinə Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Ölkəmiz 2012-ci ildə “Asiyanın Qəlbi” - İstanbul Prosesinə qoşulub.

Bakıda keçirilən bu toplantı Azərbaycan üçün təbliğat baxımından yaxşı oldu. Azərbaycan xarici siyasət istiqamətlərində son dövrlərdə müxtəlif formatlarda əməkdaşlıq yolu seçilib. Artıq ikitərəfli və təşkilatlar çərçivəsində əməkdaşlıqdan başqa “üçtərəfli”, “dördtərəfli” formatlarda da əməkdaşlıq genişləndirilməkdədir. Azərbaycan mühüm strateji nöqtədə yerləşir və yeganə ölkədir ki, bütün istiqamətlərdə ayrı ayrı ölkələrlə isti münasibətlərə malikdir. Bunu başa düşən xarici dövlətlər digər ölkələrlə münasibətlərin nizamlanmasında və səhmana salınmasında rəsmi Bakıya xüsusi önəm verirlər. Öz növbəsində Azərbaycan bütün platformalardan ilk növbədə ermənilərin işğalçı siyasətini pisləyir. Bu bir təbliğatdır. Platformalar nə qədər çox olsa, o qədər yaxşıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə