"Azərbaycan, Türkiyə və Pakistan regionda mühüm rol oynayır" AÇIQLAMA
"Azərbaycan, Türkiyə və Pakistan regionda mühüm rol oynayır. Hər üç ölkənin əməkdaşlığı regionda həm sülhün, əmin-amanlığın qorunmasına, həm də ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
Ölkələr arasında strateji əməkdaşlığın mövcudluğundan söz açan deputat söyləyib ki, Pakistan və Türkiyə hər zaman Azərbaycanın haqq işini dəstəkləyir və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını hər yerdə bəyan edirlər: "Bildiyiniz kimi, Pakistan işğalçı Ermənistana etirazını bildirərək orada öz səfirliyini açmayıb. Eyni zamanda Türkiyə də bu addımı atıb və Ermənistanla sərhədləri bağlayıb. Bu baxımdan hər üç ölkənin XİN başçılarının Bakıda baş tutan görüşü regionda sülhün və təhlükəsizliyin güclənməsinə xidmət edəcək".
B. Əliyev əlavə edib ki, bu cür görüşlərdən sonra Azərbaycan, Türkiyə və Pakistan arasında strateji əməkdaşlıq daha da möhkəmlənəcək.
Xatırladaq ki, Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri noyabrın 30-da Bakıda görüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB