"Üçtərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial var" MÖVQE
"Türkiyə və Pakistan Azərbaycana qardaş ölkələrdir. Bu dövlətlər birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını bəyan etməklə yanaşı, ölkəmizə hər zaman hərbi cəhətdən də dəstək olmağa hazır olduqlarını deyiblər". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Ötən gün hər üç ölkənin birgə görüşünün mühüm əhəmiyyət kəsb etdiyini deyən deputat söyləyib ki, Türkiyə və Pakistan kimi böyük dövlətlərlə Azərbaycanın yaxınlığı və Bakı bəyannaməsinin qəbul edilməsi çox önəmlidir: "Hər şeydən əvvəl, 3 ölkənin hərbi sahədə-müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına hazır olmalarını ifadə etmələri böyük bir uğurdur. Üçtərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün həmçinin böyük baza və potensial var".
Xatırladaq ki, ötən gün Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asif arasında ilk üçtərəfli görüş Bakıda baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB