Azərbaycan və Meksika poçt markaları buraxıblar

Azərbaycan və Meksika poçt markaları buraxıblar
Azərbaycan və Meksika birgə poçt markaları buraxıblar. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iki markadan ibarət kiçik vərəqədə, iki ölkənin tarixi abidələri əks olunub. Markanın birində Azərbaycanın "Atəşgah" tarixi-memarlıq abidəsi, digərində isə Meksikanın Teotikuana şəhərində yerləşən Ay piramidası çap olunub. Kiçik vərəqənin kənarlarında Azərbaycan və Meksikanın bayraqları həkk olunub.

Markaların nominal qiyməti 0,6 manat, tirajı isə hər biri 20 min ədəd təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə