ABŞ xəbərdarlıq edib ki, Asiya sularında ərazi mübahisələri regionda sabitlik və tərəqqi yolunda problemdir. SİA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, ABŞ müdafiə naziri Robert Qeyts bu gün Hanoydə 18 ölkənin müdafiə nazirlərinin iştirak etdiyi görüşdə deyib ki, iddialar dinc, hədəsiz və zorakılığa yol verilmədən həll olmalıdır .
O, ABŞ-ın beynəlxalq sularda azad dənizçiliyin tərəfdarı olduğunu bir daha təkrar edib. Xəbərdarlığa baxmayaraq, ASEAN ölkələrinin müdafiə nazirlərinin ilk görüşündə nümayəndə heyətləri və onların dialoq üzrə səkkiz tərəfdaşı arasında Cənubi Çin Dənizində mübahisələrə dair gərginliyin bir qədər azaldığı qeyd edilir.
Çin müdafiə naziri Lianq Quanqli nümayəndə heyətini əmin edib ki, Çinin hərbi sahədə inkişafı hədə deyil, müdafiə xarakteri daşıyır. Görüşə ev sahibliyi edən Vetnam Çin tərəfindən saxlanılan doqquz balıqçısının azad olunduğunu elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB