Əli Əhmədov: “Azərbaycanda yoxsulluq səviyyəsi 4-5 faizə düşüb"
"Azərbaycanda məşğulluğun artırılması baxımından hökumət tərəfindın ciddi işlər görülüb və bu, öz müsbət nəticəsini verib". SİA-nın verdiyi məlumata görə, bunu Baş nazirin müavini Əli Əhmədov bu gün keçirdiyi brifinqdə deyib.
Baş nazirin müavinin sözlərinə görə, dövlət başçısı İlham Əliyev 2003-cü ildə Prezident seçilən zaman öz platformasında 600 min yeni iş yerinin yaradılması ilə bağlı layihə irəli sürmüşdü: “Bu məqsəd uğurla həyata keçirildi, işsizlik səviyyəsi əhəmiyyətli şəkildə aşağı düşdü. Azərbaycanda 2003-cü ildən indiyə qədər 1,9 milyon yeni iş yeri yaradılıb. Yeni iş yerlərinin yaradılması istqamətində çox möhtəşəm layihə həyata keçirilib”.
Ə.Əhmədov bildirib ki, işsizliyin aşağı salınması insanların rifahının yaxşılaşmasına səbəb olub, Azərbaycanda yoxsulluq səviyyəsi 10 dəfə azalaraq 4-5 faizə düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB