Prezident İlham Əliyev bir neçə ölkənin yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dövlətin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.
SİA-nın məlumata görə, Prezident İlham Əliyev Oman Sultanlığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qais Salim Ali Al Saidin, İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel Mohammad Adailehin, Venesuela Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Devid Nieves Velaskes Karaballonun, Mavritaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sidi Mohamed Ould Taleb Amarın, Zambiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Patrik Nailobi Sinyinzanın, Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jaime Enrike Qarsiya Amaralın etimadnamələrini qəbul edib.
Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı inkişaf etdiyini bildirib, adı çəkilən dövlətlərin rəhbərlərinə öz salamlarını göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB