Bu gün Azərbaycan millisi AÇ-2012-nin seçmə mərhələsində növbəti oyununa çıxıb. SİA-nın xəbərinə görə, millimiz həm də bu seçmə mərhələdə ilk ev oyununu keçirib. Yığmamızın rəqibi isə son Avropa çempionatının bürünc mükafatçısı-qardaş Türkiyə yığması olub.
Azərbaycanla 31-ci oyununa çıxan Foqts baş məşqçi postundaki əvvəlki oyunlardan 6-da qələbə qazanıb, 9 heç-heçəylə kifayətləndiyi halda, 15 dəfə məğlubiyyətlə başa çatıb. Yığmamız son ev qələbəsini isə 2007-ci ildə Finlandiya ilə Bakıdakı görüşdə qazanmışdı – 1:0.
Beləliklə oyunun ilk dəqiqələrində üstünlüyü ələ almağa çalışan qardaş ölkənin millisi meydan sahiblərinin əzmkar mübarizəsi ilə qarşılaşıblar və bu inadkar, əzmkar mübarizə 90 dəqiqə boyunca davam edib. Rəqib qapısı qarşısında ilk təhlükəli hücum oyunun 9-cu dəqiqəsində baş verib. Müdafiədən atılan uzun ötürmə nəticəsində Cavadov qapıçıyla üz-üzə qalıb. Lakin irəli çıxan Volkan həmyerlimizin fərqlənməsinə imkan verməyib.
Yığmamızın qapıçısı Kamran Ağayev inamlı oyunu ilə komandamızın qələbəsində böyük pay sahibi olub. Bir neçə dəfə real qol vəziyyətlərində qapısını toxunulmaz saxlayıb.
Matçın 39-cu dəqiqəsində millimizin ənənəvi künc zərbəsi vuruşundan sonra futbolçularımızın bir neçəsi topu buraxdıqdan sonra kapitan Rəşad Sadıqov topu rəqib qapısına göndərib. Volkan komandasını qoldan xilas edə bilməyib – 1:0.
Oyunun ikinci hissəsi də qarşılıqlı hücumlar şəraitində keçsədə matçda başqa qol vurulmayıb və millimiz doğma meydanda üç illik fasilədən sonra yenidən qələbə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB