Gəncədə irigövdəli ağac yaşayış evinin üstünə düşüb- FOTOSLAYD
Gəncə şəhərində dünən gecə saatlarından başlayan güclü külək şəhərdə bir sıra problemlərə yol açıb. Belə ki, küləyin şiddəti şəhərin müxtəlif istiqamətlərində təxminən 10-na yaxın irigövdəli ağacın aşmasına səbəb olub.
SİA-nın bölgə müxbiri xəbər verir ki, ən ağır vəziyyət isə Gəncənin 1 saylı internat evinin yataqxanasında baş verib. Burada ağac aşaraq mənzilin üzərinə düşüb, xoşbəxtlikdən hadisə zamanı can itgisi olmayıb.
Bildirək ki, sözügedən yataqxanada 12 məcburi köçkün ailəsi yaşayır. Hadisə yerinə gələn Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Gəncə şəhəri üzrə nümayəndəsi Süleyman Abbasovun bildirdiyinə görə, artıq yaranan vəziyyətlə bağlı lazımı qurumlara müraciət olunub.
Ömrünü çoxdan başa vuran ağacın vaxtında kəsilməməsinə gəlincə isə, komitə rəsmisi bunu Ekologiya İdarəsinin vaxtında rəy verməməsi ilə əlaqələndirir.
Bu təhlükə təlafatsız ötüşsədə, sözügedən yaşayış yerində daha kəsliməsinə ehtiyac olan 2 qurumuş ağac var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB