Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin yeni inzibati binasının təməlqoyma mərasimində iştirak edib
Oktyabrın 12-də Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib. SİA-nın məlumatına görə, Prezident İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə binanın hazır vəziyyətini əks etdirən videogörüntülərə, sxemə, eskizinə və maketinə baxıb.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev məlumat verdi ki, inşa ediləcək yeni inzibati bina şirkətin tələblərini tam ödəməklə yanaşı, müasir beynəlxalq standartlara cavab verəcəkdir. İki yüz metr hündürlüyündə olacaq binanın 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edəcəkdir. Binanın konstruksiyası dəmir-beton divarlı və polad konstruksiyalı kompozit sistemə əsaslanacaqdır. Rixter cədvəli üzrə 9 ballıq zəlzələyə davamlı olacaq binanın layihəsi Kanadadakı xüsusi beynəlxalq laboratoriyada saatda 190 kilometr külək sürətinə hesablanmış virtual şəraitdə sınaqdan keçirilib.
Koreya Respublikasının "Heerim Architects & Planners Co. Ltd" şirkətinin "külək-alov" konsepsiyası əsasında layihələndirdiyi binanı Türkiyənin "TEKFEN İnşaat" şirkəti tikəcəkdir.
Dövlətimizin başçısı gilizi bünövrəyə buraxdı və beton qarışığı tökən qurğunun düyməsini basıb.
Sonra Prezident İlham Əliyev mərasim iştirakçılarını təbrik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB