Təhsil naziri: “Azərbaycanda 5 minə yaxın məktəbin hamısını istənilən səviyyədə qorumaq asan məsələ deyil” - AÇIQLAMA
Məktəblərin mühafizəsi ilə bağlı ciddi addımlar atmağı düşünürük. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov məlumat verib. O bildirib ki, Azərbaycanda 5 minə yaxın məktəb var və onların hamısını istənilən səviyyədə qorumaq o qədər də asan məsələ deyil. Nazirin sözlərinə görə, bunun üçün çox böyük vəsait lazımdır.
"Ancaq böyük təhsil müəssisələri ilə xüsusi müqavilələr imzalanıb və onların hər biri qorunur. Hər bir təhlükəli hadisə bizdən tələb edir ki, bu işə daha ciddi yanaşaq", - deyə o əlavə edib.
"Ancaq böyük təhsil müəssisələri ilə xüsusi müqavilələr imzalanıb və onların hər biri qorunur. Hər bir təhlükəli hadisə bizdən tələb edir ki, bu işə daha ciddi yanaşaq", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB