Sosial şəbəkələrdə həqiqətlərimizi beynəlxalq aləmə çatdırmaq üçün gənclər təlimatlanırlar
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi "Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə sistemli çatdırılmasında gənclərin və digər vacib tərəflərin virtual məkanda səfərbər edilməsi" layihəsi çərçivəsində "Sosial şəbəkələrdə aktiv olan gənclərin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün hazırlanması" mövzusunda təlimlər başlayıb.
Bu barədə SİA-ya ictimai birlikdən məlumat verilib. Təlimin açılışında Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin sədri İlkin Ağayev həyata keçirilən layihə və eləcə də bu çərçivədəki təlim barəsində iştirakçılara ətraflı məlumat verib.
Daha sonra isə yuxarıda qeyd edilən mövzuda gənclər üçün təlimə başlanılıb.
Qeyd edək ki, təlimlər bu gün də davam edəcək. Təlimlərdə müxtəlif universitetləri təmsil edən tələbələr iştirak edir. Bundan başqa təlimin açılışına bir sıra QHT və KİV nümayəndələri də qatılıb. Təlimlər "İRƏLİ" İctimai Birliyinin İKT mərkəzində, həmin mərkəzin peşəkar təlimçiləri tərəfindən keçilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB