Gəncə şəhərində fəaliyyət göstərən çörək sexlərinin əksəriyyəti nəzərdə tutulan dövlət standartlaraının norma və tələblərinə cavab vermir. SİA-nın Qərb bürosu xəbər verir ki, bu nəticəyə Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı Dövlət Nəzarət İdarəsinin apardığı yoxlamalardan sonra gəlinib.
Təxminən 5-ə yaxın çörəkbişirmə sexində təşkil olunan reydlər istehsal sahələrində ciddi qanun pozuntularının olduğunu üzə çıxarıb. Dövlət nəzarətinin tətbiqi zamanı məlum olub ki, Gəncənin bəzi çörək sexlərində şərait standartın norma və tələblərinə cavab vermir. Komitə əməkdaşlarının fikrincə belə vəziyyətdə bişirilən çörək insan orqanizmi üçün real təhlükə mənbəyidir.
Reydlər zamanı məhsulların ticarət obyektlərinə nəzərədə tutulan avtomobillərlə daşınmadığı da aşkar edilib. Bu da dövlət standartının tələbləri ilə uzlaşmır. Yoxlamalarda aşkarlanan neqativ hallar tək sadalanan faktlarla yekunlaşmayıb.
Müəssisələrdə mənşəyi məlum olmayan duzlardan istifadə olunur. Hansı ki, belə vəziyyət yod çatışmamazlığına yol açan ciddi amillərin başında dayanır. Artıq qanunun tələblərinə cavab verməyən dövlət standartının kobud şəkildə pozulduğu bu müəssiəslərə istehsal və satışını qadağan edən iradnamə və tələbnamələr verilib. Əgər xəbərdarlığa əməl olunmasa onda obyekt sahiblərini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə küllü miqdarda cərimələr gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB