Hərbi Dəniz Qüvvələrində seminar keçirilir

Hərbi Dəniz Qüvvələrində seminar keçirilir

Azərbaycan və Fransa Müdafiə Nazirlikləri arasında 2017-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq Planına əsasən Bakı şəhərində “Dənizdə dövlət fəaliyyəti üzrə təcrübə mübadiləsi” mövzusunda seminar keçirilir.

SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Hərbi Dəniz Qüvvələrinin qərargahında təşkil olunan ikigünlük tədbirdə “Dəniz təhlükəsizliyi”, “Qaçaqmalçılığa qarşı fəaliyyətlər”, “Dənizdə çirklənmənin qarşısının alınması” və digər mövzularda məruzələr dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə