Rusiya səfiri vəzifəsindən azad olundu

Rusiya səfiri vəzifəsindən azad olundu

Rusiya prezidenti Vladimir Putin Vladimir Doroxini Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.

SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, prezident Vladimir Putin V. Doroxinin vəzifədən azad olunması ilə bağlı fərman imzalayıb.

Xatırladaq ki, V. Doroxinin səlahiyyət müddəti başa çatıb. O, 2009-cu ilin fevralında Azərbaycana səfir təyin olunmuşdu.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə