Politoloq: "“Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsi ədalətin təntənəsi idi" AÇIQLAMA

Politoloq: "“Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsi ədalətin təntənəsi idi" AÇIQLAMA

“Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsini ədalətin təntənəsi adlandırmaq olar”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Ərazi bütövlüyü məsələsinin ilk dəfə olaraq 1975-ci ildə Avropada əməkdaşlığa dair Helsinki Yekun Aktı sənədində qeyd olunduğunu xatırladan politoloq söyləyib ki, həmin sənədə əsasən müharibədən sonra formalaşan sərhədlərin dəyişməzliyi və ərazi bütövlüyü beynəlxalq hüququn əsas fəaliyyətinə çevrilməlidir: “O dövrdən sonra beynəlxalq hüquq dövlətlərin ərazi bütövlüyünə böyük etiramla yanaşır. Söhbət SSRİ-nin və ya sosializmin dağılmasından getmir. Burada əsas məsələ müstəqilliyini və süverenliyini qazanmış, BMT tərəfindən əraziləri tanınan ölkələrin ərazi bütövlüyünə hörmətdən gedir. Post-Sovet məkanında bütün münaqişələr eyni ssenari üzrə başlayıb cərəyan etsə də, bu məsələlərə yanaşmada ikili standartlar var idi. Misal üçün Gürcüstanın ərazi bütövlüyü tanınsa da, halbuki orada olan Arpazlar və Cənubi Osetiyalılar abarogen yerli xalqlar idi. Onların öz müqəddaratını təyin etməyə daha çox haqları çatırdı. Amma Dağlıq Qarabağa gələn 70 min erməniyə öz müqəddəratını təyin etmək hüququnu bu günə qədər tətbiq etməyə çalşırlar. Bunu həm ATƏT-in MQ, həm də Rusiya və buna yaxın ölkələr müdafiə edirdilər”.

“Ötən ilin dekabr ayında NATO-nun Varşavada keçirilən sammitində açıqlandı ki, ümumiyyətlə, Post-Sovet məkanında bütün ölkələrin münaqişə ocaqlarının həllində yalnız ərazi bütövlüyü prinsipindən çıxış etmək lazımdır. Bu sevindirici idi. Çünki, nəhayət bu prinsip Avropa ölkələrinə də sirayət edirdi. Düzdür, bundan sonra da Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratının təyin etməsinin vacibliyi ilə bağlı çıxış edənlər tapıldı. Bu baxımdan Avropa İttifaqında qəbul edilən sənəd əhəmiyyətli idi”- deyə, Q. Hüseynli qeyd edib.

Politoloqun sözlərinə görə, yekun sənəd Azərbaycanın mövqelərinin son dərəcə möhkəmlənməsinə xidmət edir: “Bəyənnamə ən başlıcası isə məsələlərin ədalətli həllinə təlkan vermiş olacaq. Ermənistan bundan sonra müəyyən məsələləri bulandırmağa çalışmaq istəsə də, bunun heç bir əhəmiyyəti olmayacaq. Çünki, artıq Azərbaycan üçün həm hüquqi, həm siyasi zəmində böyük perspektivlər açılır. Bu perspektivlərdən istifadə edərək ölkəmiz öz haqlı hüququnu həyata keçirmək üçün bütün imkanlara malik olacaq. Təbii ki burada Rusiyanın mövqeyi də önəmlidir. Hesab edirəm ki, Rusiya problemin həllini yubatmağa çalışacaq. Görünən odur ki, artıq Avropa Birliyinin qərarından sonra məsələni uzatmaq çətin olacaq. Ermənistan prezidenti Serj Sarkisyanın da manevrlər etmək, Rusiyanın da buna qatmaq istəyi uğursuzluqla nəticələnəcək”.

Q. Hüseynli əlavə edib ki, ümumiyyətlə, beynəlxalq hüquqda ədalətli münasibətlərin formalaşması, xüsusilə də ərazi bütövlüyü məsələsində beynəlxalq hüquq normalarına ciddi riayət edilməsi, dünyanı gələcək xaosdan,qarşıdurmalardan, seperatatizm cəhdlərindən azad edə bilər: “Avropa bu qərarı qəbul etməklə öz məkanındakı sepratizmləri cilalamaq üçün normal hüquqi baza yaratdı”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə