Azərbaycanın 2011-ci il üçün dövlət büdcəsi Ermənistan və Gürcüstanın büdcəsinin cəmindən 3 dəfə çox olacaq - FAKT

Azərbaycanın 2011-ci il üçün dövlət büdcəsi Ermənistan və Gürcüstanın büdcəsinin cəmindən 3 dəfə çox olacaq - FAKT
Hazırda 3 Qafqaz ölkəsində büdcənin müzakirəsi prosesi aparılır. SİA-nın xəbərinə görə, 15 milyard dollar gəlir və 15,8 milyard dollar xərclərlə Azərbaycan 2010-cu il üçün ən böyük büdcə nümayiş etdirib. Azərbaycan büdcəsinin yarısı neftddən gələn gəlirlərlə formalaşır. 2011-ci il dövlət büdcə layihəsində neftin bir barelinin qiyməti 60 dollar göstərilib. Ötən ilə nisbətən rəsmi xərclər nəzərəçarpacaq dərəcədə artıb (10%). Birbaşa hərbi xərclər 1,6 milyard təşkil edir, lakin sərmayəyə ayırmaları (hərbi sursatların əldə edilməsi hərbçilərə evlərin tikilməsi üçün və s) nəzərə alsaq, hərbi xərclər 2,3 milyardı keçir.

Gürcüstanın büdcə layihəsi isə 3,8 milyard dollar təşkil edir. Cənubi Qafqazda Gürcüstan yeganə ölkədir ki, 2011-ci il üçün hərbi xərclərini azaldıb. Ölkənin 2011-ci il üçün hərbi xərcləri 366 milyon təşkil edib. Bu da ötən ilə nisbətən 50 milyon azdır.

Məlumat üçün bildirək ki, 2008-ci ildə Gürcüstanla Rusiyanın hərbi münaqişədə olduğu bir vaxtda ölkənin hərbi xərcləri 1 milyard olaraq ÜDM-un 9,7 faizini təşkil edib. Bu göstəricisinə görə, Gürcüstan yalnız Şimali Koreyaya güzəştə gedirdi.

Qeyd edək ki, 2011-ci il üçün Ermənistan büdcənin gəlirləri 2,35 milyard, xərcləri isə 2,75 milyard nəzərdə tutulub. Hərbi xərcləri 387 milyon kimi göstərilib ki, bu da ötən ilə nisbətən 14 milyon çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə