İran XİN-nin müavini: “Heç bir qüvvə Xəzəryanı ölkələrin əməkdaşlığına maneçilik törədə bilməz”
"Heç bir qüvvə Xəzəryanı ölkələrin əməkdaşlığına maneçilik törədə bilməz". SİA-nın xəbərinə görə, bunu İran İslam Respublikası xarici işlər nazirinin müavini, prezidentin Xəzər məsələləri üzrə müşaviri Məhəmməd Mehdi Axundzadə Bakıda Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin toplantısında söylədiyi nitqində bildirib.
Onun sözlərinə görə, Xəzər dənizi sahilyanı dövlətlərə aiddir və regionda mövcud olan bütün problemlər onların birgə əməkdaşlığı sahəsində öz həllini tapmalıdır: "Mövcud olan problemli məsələləri birgə həll etməliyik. Müəyyən olunan mübahisəli məsələlər həll olunduqdan sonra digər mübahisəli mövzulara keçid yaranır. Bütün bunlar Xəzəryanı ölkələrin əməkdaşlığı sahəsində əldə olunmalıdır. Bu əməkdaşlığa heç bir qüvvə maneçilik törədə bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB