Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti noyabrın 18-də Bakıda keçiriləcək

Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti noyabrın 18-də Bakıda keçiriləcək

Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti noyabrın 18-də Bakıda keçiriləcək. SİA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin toplantısında söyləyib. O qeyd edib ki, artıq Xəzəryanı ölkələrin dövlət başçıları bununla bağlı öz razılıqlarını bildiriblər.

 

Xatırladaq ki, bu gün Bakıda Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin Xəzər regionunda təhlükəsizlik məsələlərinə dair sazişin mətninin müzakirəsinə həsr olunmuş toplantısı keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə