"Nüvə enerjisi ilə çalışan mühərriklərə ehtiyacımız var"

"Nüvə enerjisi ilə çalışan mühərriklərə ehtiyacımız var"

İran Hərbi Dəniz Qüvvələri (HDQ) sualtı qayıqları üçün nüvə enerjisi ilə çalışan mühərriklərin əldə edilməsini zəruri sayır.

Bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Hanzadi bəyan edib.

Bu vəzifəyə təyinatından sonra ilk dəfə mətbuata açıqlama verən admiral Hanzadi deyib ki, sualtı qayıq aşkarlanmadığı müddətdə mövcuddur və yeri müəyyənləşdirilən andan artıq mövcud sayıla bilməz. Admiral İranın dəniz altında maraqlarının qorunması üçün mütləq nüvə yanacağı ilə çalışan mühərrikə ehtiyac olduğunu vurğulayıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə