Qəbul proqramlarının məzmununda müəyyən redaktə xarakterli düzəliş və əlavələrin edilməsi qərara alınıb

Qəbul proqramlarının məzmununda müəyyən redaktə xarakterli düzəliş və əlavələrin edilməsi qərara alınıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) xarici dil (ingilis dili, alman dili, fransız dili) fənləri üzrə elmi-metodiki seminar keçirilib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, seminarda hər üç fənn üzrə 2011-cu ildə ali məktəblərə keçiriləcək qəbul imtahanları üçün qəbul proqramlarının müzakirəsi olub. Seminar iclaslarında hazırda respublikanın orta ümumtəhsil məktəblərində qüvvədə olan tədris proqramı və dərsliklərdə dəyişiklik olmadığından, qəbul proqramlarının məzmununun olduğu kimi saxlanılması, lakin müəyyən redaktə xarakterli düzəliş və əlavələrin edilməsi qərara alınıb.

İngilis dili fənni üzrə iclasda Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali məktəb müəllimləri, metodistlər və AMEA-nın əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan,Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də eyni vaxtda bu iclasda iştirak edib və onlayn sistemində internet vasitəsilə videobağlantı əsasında qəbul proqramı haqqında fikir bildirərək təkliflərini veriblər. Qəbul proqramı ilə bağlı təklif və qeydlərin ümumiləşdirilməsi məqsədilə işçi qrupu yaradılıb. Növbəti seminar iclasında qəbul proqramlarının müzakirəsi davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə