Builki parlament seçkilərində iddialı olub, lakin namizədliyi qeydə alınmayanlar da oldu. SİA-nın məlumatına görə, namizədliyini verən, lakin qeydə alınmayanlardan biri Aydınlar Partiyasının sədr müavini, "Güzəran" Sosial Araşdırmalar Mərkəzinin sədri Qadir İbrahimli olub.
O, "Qarabağ" Seçki Blokunun 74 saylı Lənkəran kənd seçki dairəsindən vahid namizədi olsa da, DSK-da onun imza vərəqələrində 74 imzanın saxta olduğunu müəyyənləşdiyinə görə namizədliyi qeydə alınmayıb.
Namizədliyi qeydə alınmayanlar arasında jurnalistlər də var. Belə ki, builki parlament seçkilərində öz namizədliyini irəli sürən "Yeni Müsavat" qəzetinin əməkdaşı Elşad Paşasoyun namizədliyi qeydə alınmayıb.
72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən jurnalistin qeydə alınmamasının səbəbi imza verən vətəndaşların ərizə yazaraq imzalarından imtina etmələri olub.
Qeydə alınmayanlardan biri də 92 saylı Zərdab-Ucar seçki dairəsində AXCP-Müsavat blokunun vahid namizədi Bahar Rüstəmlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB