Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana səfəri çərçivəsində prezident Mixail Saakaşvili ilə görüşəcək - SƏFƏR

Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana səfəri çərçivəsində prezident Mixail Saakaşvili ilə görüşəcək - SƏFƏR

Oktyabrın 14-də Gürcüstana səfər edəcək Azərbaycan XİN başçısı Elmar Məmmədyarov səfər çərçivəsində Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşəcək. SİA-nın verdiyi xəbərə görə, bu barədə Gürcüstan XİN məlumat yayıb. Məlumata görə, Elmar Məmmədyarovun Gürcüstanın Baş naziri Nika Gilauri, XİN başçısı Qriqol Vaşadze və parlamentin vitse-spikeri ilə görüşü planlaşdırılıb.

 

Görüşlərdə Gürcüstan-Azərbaycan ikitərəfli və hərtərəfli əlaqələr və iki ölkə arasında strateji əlaqələrin genişləndirilməsində prioritet istiqamətlər müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə