Tuna çayı üçün təhlükə böyüyür

Tuna çayı üçün təhlükə böyüyür

Macarıstandakı ekoloji fəlakətin üzərindən bir həftə keçməsinə baxmayaraq Tuna çayı üçün kabus yeni başlayır. SİA-nın məlumatına görə, bir alüminium fabrikinin zəhərli tullantı dolu bəndinin digər divarları da hər an uçma təhlükəsi ilə qarşı-qarşıyadır.

Bəndin uçmasının qaçılmaz olduğunu bildirən hökumət qurumları yeni bəndin qurulmasını sona çatdırmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Bəndin qarşısına qaya və toraq toplanaraq 600 metr uzunluğunda, 5 metr yüksəkliyində və 6 metr dərinliyində yeni divar tikilir. Bir çoxu könüllü olan 4 min nəfər 300 iş makinasının köməyi ilə divarı sabaha qədər başa çatdırmağa çalışır.

Mövcud divardakı çatların gedərək dərinləşdiyini və böyüdüyünü deyən rəsmilər hər an divarın uça biləcəyini bildirirlər. Üstdəki bənd uçarsa, 5-7 milyon ton qırmızı çamur Tuna çayına axacaq. İlk qəzada ətrafa yayılan zəhərli tullantı miqdarının 800 ton olduğu açıqlanmışdı. Çamur selində 7 nəfər dünyasını dəyişmiş, 120 nəfər yaralanmışdı.

Macarıstan ekoloji fəlakətin miqyasının azaldılması, topraq, su və hava mənbələrinə təsirinin öyrənilməsi məqsədilə Avropa Birliyindən mütəxəssis istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə