Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Arjen Peter Uijterlinden Gəncə şəhərinə səfər edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tanışqlıq xarakteri daşıyan səfər çərçivəsində diplomat şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb. Görüşlə və səfərlə bağlı jurnalistlərlə fikirlərini bölüşən səfir bildirib ki, söhbət zamanı iki ölkə arasındakı əlaqələrin inkişafından danışılıb, bölgələr arasında yeni əlaqələrin qurulması haqqında geniş fikir mübadiləsi aparılıb.
"Gəncədə ilk dəfədir ki, oluram. Şəhər rəhbərliyi ilə görüşdük. Gəncə ilə bizim ölkənin bölgələri arasında kənd təsərrüfatı, təhsil və sair sahələrdə əməkdaşlıq qurula bilər. Niderland hökuməti sahibkarlığa dəstək proqramı tətbiq edir. Gəncədən olan sahibkarlar da bu proqramdan istifadə etməklə müxtəlif biznes maraqlarını təmin etmiş olarlar", səfir deyib.
Qeyd edək ki, Gəncəyə səfəri çərçivəsində səfir Azərbaycan Dövlət Aqrar Universitetinə də baş çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB