Göytəpədə eramızdan əvvəl 6-cı minilliyə aid maddi mədəniyyət nümunələri tapılıb- FOTOSLAYD

Göytəpədə eramızdan əvvəl 6-cı minilliyə aid maddi mədəniyyət nümunələri tapılıb- FOTOSLAYD

Qafqazın qədim yaşayış məskənlərindən olan Göytəpə arxeoloji abidəsində aparılan tədqiqatlar bir sıra yeni məlumatları və maddi mədəniyyət nümunələrini üzə çıxarıb. Milli Elimlər Akademiyasınnı Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan qazıntılar zamanı bu günə kimi qaranlıq qalan maraqlı tarixi faktlar ortaya çıxıb.

SİA-nın bölgə müxbiri xəbər verir ki, arxeoloji tədqiqatlar nəticəsində təsdiqlənib ki, abidə eramızdan əvvəl 6-cı minilliyə, yəni 8 min il bundan əvvələ, neolit dövrünə təsadüf edir. Bu da Azərbaycan xalqının ilkin sivilizasiyaların formalaşmasında iştrakı haqqında əsaslı elmi məlumatlardan xəbər verir.

Araşdırmaların nəticələrinə görə, həmin dövürdə Göytəpədə yaşayan insanlar yüksək səviyyəli həyat tərzinə malik olublar. İstehsal sahələri, sənətkarlıq, əkinçilik dövrünün inkişaf mərhələsini keçib. Son günlər aparılan qazıntılarda isə ən qədim oraq tapılıb. Həmçinin daş üzərində gəmi təsvirinin aşkar edilməsi sözügedən zaman kəsiyində Azərbaycan xalqının zəngin dünya görüşünə malik olmasından xəbər verir.

Ayrıca tarixçilər sübuta yetirib ki, burada xüsusi memarlıq üslubu ilə evlər və təsərrüfat binaları inşa olunub. Hansı ki, qədim tikililərin öz təyinatı olub.

Qeyd edək ki, abidənin ümumi sahəsi 2 hektara yaxındır. Burada 8-9 metr dərinlikdə mədəni qatların olduğu güman edilir. 3 il ərzində Milli Elimlər Akademiyasının əməkdaşları tərəfindən 600 kv.m ərazidə qazıntılar aparılıb. Buna baxmayaraq daha dərin mədəni qatların qazılmasına ehtiyac var. Artıq Göytəpə arxeoloji ekspedisiyası barədə dünya dövlətlərinə müxtəlif məlumatlar verilib.

Yaponiyanın paytaxtı Tokioda, eləcə də Londonun elmi dairələrində abidə haqqında geniş informasiyalar öz əksini tapıb. Əlavə edək ki, arxeoloji qazıntılar nəticəsində əldə olunan maddi sübutlar Arxeologiya və Etnoqrafiya İnstitutunda və ölkənin müxtəlif muzeylərində saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə