Azərbaycan prezidenti İran xarici işlər nazirinin müavinini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 11-də İran İslam Respublikası xarici işlər nazirinin müavini, prezidentin Xəzər məsələləri üzrə müşaviri Məhəmməd Mehdi Axundzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, prezident İlham Əliyev Axundzadəni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib. Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etməsinin Xəzərlə bağlı məsələlərin də həllinə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.
Xəzəryanı ölkələrin Bakıda keçiriləcək zirvə görüşünə toxunan Azərbaycan prezidenti bu sammitin nəticələrinin müsbət olacağına əminliyini ifadə edib.
Öz növbəsində, M.M.Axundzadə yeni vəzifəyə təyin olunandan sonra ilk səfərini Azərbaycana etməsindən fəxr hissi keçirdiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB