Samir Şərifov: “2011-ci il icmal büdcəsinin gəlirləri cari ilə nisbətən 0.7 faiz çox nəzərdə tutulub”
Bu gün Milli Məclisin iqtisadi siyasət, sosial siyasət, aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin keçirilən birgə iclasında 2011-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə olunub. SİA-nın məlumatına görə, layihə haqqında məlumat verən maliyyə naziri Samir Şərifov bildirib ki, gələn ilin dövlət büdcəsinin layihəsi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq hazırlanıb.
O bildirib ki, 2011-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun (ÜDM) 30 faizi həcmində, mütləq ifadədə isə 12 milyard 61 milyon manat və yaxud 2010-cu ilin proqnozuna nisbətən 4,8 faiz çox nəzərdə tutulub. Onun sözlərinə növbəti il dövlət büdcəsinin xərcləri ÜDM-in 31,7 faiz həcmində nəzərdə tutulub. Kəsirin maliyyələşmə mənbələri nəzərə alınmaqla 2011-ci il dövlət büdcəsinin xərcləri 12 milyard 748 milyon manat proqnozlaşdırılıb: "2011-ci il icmal büdcəsinin gəlirləri 15557,6 milyon manat olmaqla 2010-cu ilə nisbətən 0,7 faiz, xərcləri 15129,4 milyon olmaqla 2010-cu ilə nisbətən 5,9 faiz çox nəzərdə tutulub. İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 1970,5 milyon manat proqnozlaşdırılır ki, bu da 2010-cu illə müqayisədə 12,1 faiz çoxdur. Dövlət Neft Fondunun büdcəsinin xərcləri 6828,7 milyon manat nəzərdə tutulur ki, bu da 2010-cu illə müqayisədə 6,8 faiz çoxdur. İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 293,2 milyon manat proqnozlaşdırılıb ki, bu da 2010-cu ilə nisbətən 7,9 faiz çoxdur. 2011-ci ilin icmal büdcəsinin profisiti 428,2 milyon manat, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, icmal büdcənin kəsiri 8704,7 milyon manat və ya nəzərdə tutulan ümumi daxili məhsulun 21,7 faizi həcmində olacaq".
Qeyd edək ki, iclas müzakirələr əsasında davam edib. İclasda iştirak edən komitə üzvləri büdcə ilə bağlı öz təklif və fikirlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB