İran prezidentinin Xəzər məsələləri üzrə müşaviri Məhəmməd Mehdi Axundzadə Azərbaycana gəlib

İran prezidentinin Xəzər məsələləri üzrə müşaviri Məhəmməd Mehdi Axundzadə Azərbaycana gəlib

İran prezidentinin Xəzər məsələləri üzrə müşaviri, xarici işlər nazirinin müavini Məhəmməd Mehdi Axundzadə Azərbaycanda səfərdədir. SİA-nın xəbərinə görə, səfərdə məqsəd Xəzər dənizinin təhlükəsizliyinə dair Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin sabah Bakıda keçiriləcək konfransında iştirak etməkdir. Konfransda Xəzər dənizinin təhlükəsizliyinə dair son vəziyyət müzakirə ediləcək, Xəzəryanı ölkələrin nümayəndələri tərəfindən müvafiq qərarlar qəbul ediləcək.

 

Qeyd edək ki, bu, M. M. Axundzadənin bu vəzifədə Azərbaycana ilk səfəridir.

Bütün xəbərlər Facebook səhifəmizdə