Kiro Manoyan: “Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq üçün şərtlər qoymamalıdır”
"Ermənistanla Türkiyə arasındakı, münasibətlərin yenidən bərpası üçün heç bir şərt masa üzərinə qoyulmamalıdır". SİA-nın xəbərinə görə, bunu Daşnaksutyun partiyasının siyasi məsələlər üzrə ofisinin, eləcə də "Ay-Dat"ın (Erməni məsələsi) mərkəzi ofisinin rəhbəri Kiro Manoyan deyib. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin həlli istiqamətində bu və ya digər formada dialoqların aparılması müsbət haldır, lakin şərtlər irəli sürülmədən: "Mən düşünürəm ki, Türkiyə həqiqətən Ermənistanla münasibətləri yenidən bərpa etməyə hazırdırsa, onda heç bir şərt irəli sürməməlidir. Heç bir şərtdən söhbət gedə bilməz",- deyə o bildirib.
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün belə görüşlərə ehtiyac olduğunu deyən K. Maniyan qeyd edib ki, belə tədbirlər də bir növ dialoqdur və Dağlıq Qarabağ probleminin həlli yolunda çox vacib addımdır: "Danışıqlar ölkə liderləri tərəfindən aparılır. Lakin belə görüşlər tərəflər arasında inam yaratmağa xidmət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB