Siyavuş Novruzov: "Büdcədən siyasi partiyalara ayrılan vəsait artırılsın"
“Büdcədə olan artım Azərbaycanda iqtisadi islahatları düzgün istiqamətə yönəldir. Bununla da ölkəmizdə böyük qlobal layihələr həyata keçirilir. Bildiyiniz kimi bu il iki mühüm layihənin həyata keçirlməsinin şahidi olduq. Belə ki, ilk növbədə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı, Bakı-Tbilisi-Qars layihəsi reallaşdı”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında büdcə zərfinin müzakirəsi zamanı çıxış edərkən deyib.
Onun sözlərinə görə, sözügedən layihələrin həyata keçirlməsi ilə ölkəmizdə gəlirlərin artması, turizmin inkişafına və digər sahələrə müsbət təsir göstrəcək.
S.Novruzov çıxışı zamanı Rəşt-Astara dəmiryolu xəttinin istifadəyə verilməsi ilə bağlı müraciət edib. O deyib ki, bu dəmirloyunun açılması ilə Naxçıvan qismən də olsa blokada şəraitindən çıxacaq: “Rəşt-Astara dəmiryolu Bakı-Tbilisi-Qarsa dəmir yolu xəttinə qoşularsa, ondan səmərəli istifadə etək olar. Bakı-Tbilisi–Qarsa verdiyimiz dəstəyi buna da verməliyik. Bu dəmiryolu gəlirlərimizin daha da artmasına səbəb olacaq”.
Deputat rayonların büdcəsinin formalaşması məsələsinə də toxunub. O bildirib ki, büdcəsi olan rayonlar öz hesablarına investisiya qoyub, iş yerlərinin artırılmasına kömək etməlidirlər: “Məni narahat edən digər məsələ ölkəmizdə tikilən böyük (səhiyyə, idman və digər) obyektlərin işlədilməsidir. Onların fəaliyyəti üçün büdcədən pul ayrılır. Lakin biz elə işlənmə mexanimi həyat keçirməliyik ki, ora mərkəzi büdcədən maliyyə ayrılmasın. Rayonlarda özəl məktəb və baxçaların açılması məsələsi də vacibdir. Elə imkanlı şəxslər var ki, onlar uşaqların təhsilinin yaxşı olması üçün özəl məktəbdə oxutmaq istəyirlər. Lakin onların təhsil alması üçün rayonlarda məktəb olmadığı üçün Bakıya gəlməli olurlar. Bu baxımdan hər bir rayonda ingilis dilli özəl məktəblər açılmalıdır”.
Deputat çıxışında kreditlərlə bağlı islahatların aparıldığını dilə gətirib: “Əhali ilə Mərkəzi Bank arasında anlaşma getsə də, ortada kommersiya bankları qazanc əldə edir. İndi həmin banklar mübahisəli kreditlərlə bağlı köməklik etsinlər. İllərlə qazanc əldə ediblər, indi vətəndaşlara kömək etsinlər. Kommersiya banklara vətəndaşların hüquqlarının qorunması istiqamətində ciddi nəzarətə alınmalıdır”.
S.Novruzov müzakirələr zamanı gələn ilin dövlət büdcəsində siyasi partiyalara ayrılan vəsaitin artırılmasını da təklif edib: “Bildiyiniz kimi gələn il seçki ilidir. Bu baxımdan siyasi partiyalara ayrılan vəsait daha çox olmalıdır. Dünya təcrübəsində də belədir. Bizdə də bu təcrübəni götürək siyasi pariyalara ayrılan vəsait bir neçə dəfə artırmalıyıq”.
Səfirliklərin bağlanması məsələsinə gəldikdə deputat onların lazım olmayan ölkələrdə bağlanmasını təklif edib: “Xarici öıkələrdə fəaliyyət göstərən müəyyən səfriliklərlə bağlı məsələ götür-qoy edilməlidir. Hansı ölkədə lazımdır onlar bağlanır, hansında lazım deyil orda qalır. Lakin biz səfirlikləri lazım olan ölkələrdə deyil, lazım olmayanda bağlamalıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB