Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 25 il ötür. SİA-nın verdiyi məlumata görə, bu münasibətlə YAP rəhbərliyi Fəxri xiyabanda partiyanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.
YAP-ın Sədr müavini, İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, YAP icra katibinin müavini Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova, deputatlar və ictimaiyyət nümayəndələri Heydər Əliyevin məzarı önünə əklil, akademik Zərifə Əliyevanın məzarı önünə gül dəstələri qoyublar.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB