ATƏT-in gender məsələləri üzrə baş müşaviri Azərbaycana gəlib

ATƏT-in gender məsələləri üzrə baş müşaviri Azərbaycana gəlib
ATƏT-in gender məsələləri üzrə baş müşaviri Cəmilə Seftavinin (Jamila Seftaoui) Azərbaycana səfəri başlayıb. ATƏT-in Bakı ofisindən SİA-ya verilən xəbərə görə, 4 günlük səfər zamanı xanım Seftavi Azərbaycanın dövlət rəsmiləri, vətəndaş cəmiyyəti təmsilçiləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə